Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir (YENİLƏNİR)

Baş səhifə

Bakı. Trend:

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət
Mərkəzinin rəhbəri Ben Sion Şmoelov Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


Trend
xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirik.

Sizin rəhbərliyinizlə “Konstitusiya və Suverenlik İli” olan
2025-ci il də uğurlarla və qürur mənbəyi olan hadisələrlə zəngin
keçdi. Azərbaycan Respublikasının beynəlxalq müstəvidə öz sözünü
inamla deməsi, milli maraqların ardıcıl şəkildə müdafiəsi və
ölkənin dünya tərəfindən sülhsevər və güclü bir dövlət kimi qəbul
olunması məhz Sizin siyasi iradəniz nəticəsində reallaşmışdır.

Vətən müharibəsində qazanılan Zəfərin 5 illiyinin qeyd olunduğu
bu il Azərbaycan xalqının yaddaşına bir sıra mühüm uğurlarla həkk
olundu. Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər,
müxtəlif ölkələrin dövlət başçıları ilə keçirilən mühüm görüşlər,
işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişafı üçün
atılan addımlar və s. bu uğurlara nümunədir.

Diaspor fəaliyyətinin genişləndirilməsi istiqamətində görülən
işləri də xüsusi qeyd etmək istərdik. Belə ki, xarici ölkələrdə
yaradılan yeni həftəsonu məktəbləri gənclərimizin milli ruhda
yetişdirilməsində mühüm rol oynamışdır. Diaspor nümayəndələri və
digər qurumlarla birlikdə təşkil olunan mədəni proqramlar və digər
tədbirlər müxtəlif xalqların Azərbaycan mədəniyyəti və reallıqları
barədə daha dolğun məlumat əldə etməsinə şərait yaratmış, ölkəyə
marağı artmışdır. Bütün bunlar məhz Sizin xaricdə yaşayan
həmvətənlərlə bağlı siyasətinizin bəhrələridir.

Cənab Prezident, Sizi, həmçinin Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, 2026-ci ilin
də zəfər, sülh, nailiyyət, firavanlıq ili kimi yadda qalmasını
diləyirik”.

xxx

14:00

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurası
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
ünvanlayıb.


Trend
xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurası
adından Sizi doğum gününüz münasibətilə təbrik edirik.

Azərbaycan dövlətinin güclənməsi, xalqımızın rifahının
yüksəlməsi, ölkəmizin regional və qlobal proseslərdə aparıcı
mövqeyə sahib olması istiqamətində göstərdiyiniz əvəzsiz xidmətlərə
görə Sizə ən yüksək ehtiramımızı bildiririk. Sizin müdrik
siyasətiniz, uğurlu fəaliyyətiniz bu gün milyonlarla azərbaycanlı
üçün qürur mənbəyidir.

Bu il biz Qarabağ Zəfərinin 5 illiyini böyük fərəh hissi ilə
qeyd etik.
Beş il öncə Azərbaycanın müasir tarixində yeni bir dövr başlanmış,
Sizin qətiyyətli rəhbərliyiniz, Müzəffər Ali Baş Komandan kimi
müstəsna siyasi iradəniz və Azərbaycan Ordusunun rəşadəti
nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Qarabağ
Zəfəri həm xalqımızın milli iradəsinin, həm də dövlətimizin gücünün
parlaq təcəssümüdür. Bu zəfər dünya azərbaycanlıları üçün iftixar
mənbəyinə çevrilmiş, Azərbaycanın beynəlxalq mövqelərini daha da
möhkəmləndirmişdir.

Sizin rəhbərliyinizlə həyata keçirilən ardıcıl siyasi,
diplomatik və hərbi strategiya sayəsində təkcə işğala son
qoyulmadı, eyni zamanda bölgədə dayanıqlı inkişaf, sülh və
təhlükəsizliyə yeni baxış formalaşdırıldı. Bu gün Qarabağ və Şərqi
Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri məhz Sizin
müdrik rəhbərliyinizin nəticəsidir.

Cənab Prezident, Sizi, eyni zamanda, 31 Dekabr – Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də
təbrik etməkdən şərəf duyuruq. Dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımız bu bayramı Sizin həyata keçirdiyiniz uğurlu
diaspor siyasətinin nəticəsi kimi daha böyük birlik, həmrəylik və
milli özünüdərk ruhu ilə qeyd edirlər. Biz – Ərəb ölkələrində
yaşayan azərbaycanlılar olaraq hər zaman Vətənə bağlılıqla
fəaliyyət göstərir, Azərbaycan həqiqətlərinin təbliği, dövlətimizin
maraqlarının müdafiəsi və milli birliyin gücləndirilməsi
istiqamətində səylərimizi davam etdiririk.

2026-cı ilin Sizin rəhbərliyinizlə Azərbaycan üçün daha böyük
nailiyyətlər, zəngin inkişaf perspektivləri və dayanıqlı tərəqqi
ili olacağına əminliyimizi ifadə edirik. Sizə möhkəm cansağlığı,
uzun ömür, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar
arzulayırıq”.

xxx

13:48

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar
Dərnəyinin sədri Cavid Aydın Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


Trend
xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Sizi dərin hörmət və ehtiramla salamlayır, doğum gününüz
münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm
cansağlığı, xoşbəxtlik və Azərbaycan Respublikasının daha da
inkişafı üçün fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.

Bu il 44 günlük Vətən müharibəsində əldə edilən tarixi
Qələbənin
5-ci ildönümünü böyük iftixar hissi ilə qeyd etdik. Sizin uzaqgörən
siyasətiniz, əzminiz, qətiyyətiniz və xalqın milli birliyi bu
möhtəşəm Zəfərin reallaşmasında mühüm rol oynamışdır. Azərbaycan
xalqının qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılan bu Qələbə
müdrik rəhbərliyinizin parlaq təcəssümüdür.

Sizi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni
2026-cı il münasibətilə də səmimi-qəlbdən təbrik edir, xalqın
həmrəyliyinin, milli birliyinin daha da möhkəmlənməsini, ölkənin
davamlı şəkildə böyük nailiyyətlər, zəfərlər qazanmasını arzu
edirik”.

xxx

13:36

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər
Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundova
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
ünvanlayıb.


Trend
xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə ABŞ-nin Texas ştatının Hyuston
şəhərində yaşayan azərbaycanlılar adından səmimi-qəlbdən təbrik
edirəm. Sizin sayənizdə Azərbaycan bu gün dünyada öz sözünü
qətiyyətlə deyən, haqqını qoruyan, xalqını birləşdirən bir dövlət
kimi tanınır və ucalır.
Biz harada yaşamağımızdan asılı olmayaraq bu ucalığın bir parçası
olmaqdan qürur duyuruq.

Sizin rəhbərliyinizlə Azərbaycan son beş ildə tarixinin ən
parlaq səhifələrindən birini yazdı. Beş il əvvəl qazandığımız Zəfər
təkcə hərbi qələbə deyil, həm də uzun illər boyu ürəklərdə yaşayan
haqq-ədalətə qovuşma arzusunun reallığa çevrilməsidir. 2025-ci ilin
“Konstitusiya və Suverenlik İli” kimi qeyd edilməsi isə həmin
Zəfərin mənəvi davamı, dövlətimizin əzmkarlığının və iradəsinin
daha bir göstəricisidir. Sanki Zəfərdən doğan işıq bu dəfə
dövlətçilik sütunlarımızı daha da möhkəmləndirir, suverenliyimizin
səsi hər bir azərbaycanlının qəlbində yenidən ucalır. Biz bu ili
yalnız təqvimdə yox, ruhumuzda, yaddaşımızda, dövlətçilik
sevgimizdə qeyd edirik. Dünyanın müxtəlif guşələrində yaşayan biz
azərbaycanlılar Vətənlə aramızdakı məsafələrə baxmayaraq, Sizin
qətiyyətli siyasətinizlə güc tapırıq. Hər çıxışınız, hər addımınız
bizim üçün ruh yüksəkliyi, ilham mənbəyi olur. Biz Sizi
dəstəkləməklə təkcə bir liderə yox, həm də Vətənimizin əzəmətinə,
gücünə, gələcəyinə inamımızı ifadə edirik.

Sizi qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edir, 2026-cı
ildə Sizə və ölkəmizə daha böyük zəfərlər, xalqımıza firavanlıq
arzu edirik”.

xxx

13:33

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının
rəhbəri Əsmər Gəray Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevə təbrik məktubu ünvanlayıb.


Trend
xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

ABŞ-nin Yuta ştatında yaşayan azərbaycanlılar adından Sizi doğum
gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik. Biz, dünyanın
müxtəlif guşələrində yaşayan azərbaycanlılar Sizin xarici
siyasətinizin uğurlarını, milli dəyərlərə söykənən inkişaf
strategiyanızı, rəhbərliyinizlə həyata keçirilən islahatları,
dövlətimizin keçdiyi inkişaf yolunu böyük qürurla izləyirik.
Azərbaycan bu gün dünyada güclü və etibarlı dövlət kimi tanınır.
Vətənimizin nailiyyətləri bizi çox sevindirir.

Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində qazanılan və
bu il beş illiyini qeyd etdiyimiz şanlı Zəfər qətiyyətinizin,
uzaqgörənliyinizin və milli maraqlara möhkəm bağlılığınızın
nəticəsidir. Azərbaycan xalqının uzun illər həsrətində olduğu
torpaqlar azad edilmiş, tarixi ədalət bərpa olunmuşdur. Zəfər Günü
yalnız hərbi qələbəmiz deyil, həm də milli birliyimizin,
xalq-dövlət həmrəyliyinin parlaq təcəssümüdür.
Bu möhtəşəm günün yaratdığı tarixi qüruru yaşayırıq və bu qürurun
memarı kimi Sizin liderliyinizi alqışlayırıq.

Son illər Azərbaycan ilə Yuta ştatı arasında formalaşmağa
başlayan əlaqələr bizi xüsusilə sevindirir. İqtisadiyyat, təhsil,
mədəniyyət sahələrində yaranan bu yeni əməkdaşlıq xalqlarımız
arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə xidmət
edir. Bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə inanırıq.

Cənab Prezident, Sizin prinsipial mövqeyiniz, Qarabağın yenidən
qurulması istiqamətində gördüyünüz işlər və Azərbaycanın beynəlxalq
aləmdə artan nüfuzu bizim üçün böyük motivasiya mənbəyidir. Biz,
Yutada yaşayan azərbaycanlılar daim Vətənimizin yanındayıq.

Doğma Azərbaycanımızın gələcək inkişafı yolunda Sizə yeni-yeni
nailiyyətlər arzulayırıq. Qoy ölkəmiz daim güclü və qüdrətli,
xalqımızın birliyi və bütövlüyü əbədi olsun!”

xxx

13:27

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və
baş direktoru Olesya Nosova Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


Trend
xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Ən səmimi və xoş arzularımızı qəbul etməyinizi xahiş edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar və bütün
arzularınızın asanlıqla reallaşmasını diləyirəm.

“Komsomolskaya pravda”nın bu xüsusi yubiley ilində Sizə
dostluğunuza görə səmimi-qəlbdən təşəkkür edirəm”.

xxx

13:24

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
ünvanlayıb.


Trend
xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi
və xoş arzularımı çatdırmaqdan böyük şərəf duyuram.

Qarabağ Zəfəri ilə müasir Azərbaycan dövlətçiliyinin qüdrətini
bütün dünyaya nümayiş etdirmiş Lider, Türk dünyasının qürur mənbəyi
olaraq Sizin qətiyyətli və uzaqgörən siyasi rəhbərliyinizlə
Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası
qoyulmuş dövlətçilik yolunu tarixi Zəfərlə başa çatdıraraq 30 illik
işğala son qoymuşdur. Bu möhtəşəm nailiyyət milli tariximizdə mühüm
dönüş nöqtəsi olmaqla yanaşı, Türk dünyasının ortaq yaddaşında da
silinməz iz buraxmışdır və xalqın birliyinin, siyasi iradəsinin və
dövlətçilik əzminin parlaq təcəssümüdür.

Bu əlamətdar gündə Türk Dövlətləri Parlament Assambleyası
adından Sizi təbrik etməklə yanaşı, qeyd etmək istərdim ki, Sizin
rəhbərliyinizlə yazılmış Zəfər salnaməsi Türk dünyasında mənəvi
həmrəyliyin möhkəmlənməsinə, ortaq dəyərlər ətrafında daha sıx
birləşməyə və gələcəyə birlikdə inamla addımlamağa mühüm töhfə
vermişdir. Bu gün Türk dünyası Sizin liderliyinizə və
xidmətlərinizə dərin ehtiramla və minnətdarlıqla yanaşır.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm
cansağlığı, uzun və gümrah ömür, Azərbaycan Respublikasının davamlı
inkişafı və xalqımızın rifahı naminə həyata keçirdiyiniz ali
dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

xxx

13:22

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri
Valentina Matviyenko Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevə təbrik məktubu ünvanlayıb.


Trend
xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi
xahiş edirəm.

Sizin siyasi karyeranız cəsarətlə irəliləyən, dürüstlük,
qətiyyət və ölkəsinin taleyinə görə məsuliyyət nümayiş etdirən,
enerjisi ilə həmfikir insanları və tərəfdarları ruhlandıran bir
liderin yoludur.

Sizin çoxillik fədakar əməyiniz sayəsində Azərbaycan
sosial-iqtisadi inkişafda, dövlətçiliyinin möhkəmləndirilməsində və
beynəlxalq nüfuzunun yüksəldilməsində mühüm nəticələrə nail
olmuşdur.

Rusiya-Azərbaycan parlament dialoqunun genişləndirilməsi
məsələlərinə göstərdiyiniz davamlı diqqəti minnətdarlıqla qeyd
edirəm. 2025-ci ilin mart ayında Bakıya səfərimi xüsusi
səmimiyyətlə xatırlayıram. Mənə göstərdiyiniz mehriban münasibəti
yüksək dəyərləndirirəm.

Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqının rifahı naminə
məsuliyyətli fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş
edirəm”.

xxx

13:17

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
ünvanlayıb.


Trend
xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə dost Azərbaycan milli iqtisadiyyatın və
sosial sahənin inkişafına, vətəndaşlarının rifahının
yaxşılaşdırılmasına və beynəlxalq aləmdə nüfuzunun
gücləndirilməsinə yönəlmiş genişmiqyaslı islahatlar yolu ilə inamla
irəliləyir.

Rusiya-Azərbaycan münasibətlərinin mehriban qonşuluq və
qarşılıqlı hörmət ruhunda möhkəmləndirilməsinə göstərdiyiniz daimi
diqqəti xüsusilə qeyd etmək istərdim. Ən yüksək səviyyədə qəbul
edilmiş qərarlara uyğun olaraq, iqtisadi-ticari və investisiya
əməkdaşlığı durmadan inkişaf edir, perspektivli birgə layihələr
həyata keçirilir, regionlararası əlaqələr və işgüzar təmaslar
genişləndirilir.

Əminəm ki, əməkdaşlığın daha da gücləndirilməsi, müxtəlif
sahələrdə yeni qarşılıqlı faydalı təşəbbüslərin təşviqi Rusiya
Federasiyasının və Azərbaycan Respublikasının maraqlarına tam cavab
verir.

Həmişə səmimi və etimad mühitində keçən söhbətlərimizi xoş
duyğularla xatırlayıram. Konstruktiv ünsiyyətimizi davam etdirmək
imkanına şad olaram.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq
və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir