ASC “Xalq” Bankının Müşahidə Şurasına yeni müstəqil üzvlər seçilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

ASC “Xalq” Bankının Səhmdarlarının Ümumi Yığıncağının 13 noyabr
2025-ci tarixli qərarı ilə Aftandil Babayev və Fidan İbrahimova
Müşahidə Şurasına müstəqil üzv seçilmişdir.

Digər qərarla ASC “Xalq” Bankının Bankın Müşahidə Şurasının
müstəqil üzvü Elxan Ağayev Müşahidə Şurasına üzv təyin
edilmişdir.

Babayev Aftandil Qasım oğlu – 01 may 1957-ci il tarixində
Borçalı mahalında anadan olub. Təhsilini 1974-1978-ci illərdə
D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda “Xalq
təsərrüfatının planlaşdırılması” ixtisası üzrə alıb. 1988-ci ildə
Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini fərqlənmə
diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə 1978-ci ildə iqtisadçı kimi başlamış,
1981-1983-cü illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyi, 1983-1984-cü illər ərzində Azərbaycan Respublikası
Maliyyə Nazirliyi və 1984-1994-cü illərdə Dövlət Qiymət Komitəsində
müxtəlif vəzifələrdə çalışmışdır. 1994-2012-ci illərdə Azərbaycan
Respublikasının Milli Bankında Baş direktor, İdarə Heyətinin üzvü
və İdarə Heyətinin Sədrinin müavini, 2012-2022-ci illər ərzində
Azərbaycan Respublikası Mərkəzi Bankında İdarə Heyətinin üzvü və
İdarə Heyəti Sədrinin müavini olmuşdur. 2023-2025-ci illərdə “Aqrar
Kredit” QSC-də Sədrin Baş məsləhətçisi vəzifəsini daşımışdır.

Bankçılığın inkişafındakı xidmətlərinə görə 2012-ci ildə
“Tərəqqi” medalı ilə, 2019-cu ildə 2-ci dərəcəli “Əmək” ordeni ilə
təltif olunub.




Ailəlidir, 3 övladı var.

İbrahimova Fidan Vitalyevna 28 aprel 1977-ci il tarixində Bakı
şəhərində anadan olub. 1994-1998-ci illərdə Bakı Sosial İdarəetmə
və Politologiya İnstitutunun “Beynəlxalq münasibətlər” ixtisası
üzrə bakalavr, 1998-2000-ci illərdə Azərbaycan Respublikası
Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının “Dünya
siyasi prosesləri və beynəlxalq münasibətlər” ixtisası üzrə magistr
təhsili alıb.

Əmək fəaliyyətinə 1998-ci ildə “Most Bank Azərbaycan” KB-da
Ödəniş vasitələri departamentində başlayaraq müxtəlif vəzifələrdə
çalışmış, 2002-ci ildə “Elm” filialının direktoru vəzifəsinə təyin
edilmişdir. Daha sonra əmək fəaliyyətini “Bank Standart” QSC-nin
“Elm” filialının direktoru, 2006-2010-cu illər ərzində “VİP”
filialının direktoru, 2010-2016-cı illərdə Müştəri Xidməti
Mərkəzinin direktor müavini olaraq davam etdirmişdir.

Ailəlidir, 3 övladı var.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir