Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir – Arayik Harutyunyan

Baş səhifə

Bakı. Trend:

Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük
hissəsi ilə burada tanış oldum.

Trend xəbər
verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan
Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə
məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəxs Arayik
Harutyunyan deyib.




“Mən çox məlumatlı adamam. Amma, Kəlbəcərdəki Tunel hadisəsini
burada bildim. Məsələn, Bəylik bağı hadisəsini burada bilmişəm.
Əlbəttə, bunlar hərbi cinayətlərdir və öz günahkarları var. Əgər
günahkarlar bu dünyada cəzalanmayıblarsa, o biri dünyada öz
əməllərinə görə cəzalanacaqlar”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının
məhkəməsi davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir