
Bakı. Trend:
Rusiya Bankı əsas uçot dərəcəsinin 16 faizə endirilməsi barədə
qərar qəbul edib.
Trend xəbər verir
ki, bu barədə Rusiya maliyyə tənzimləyicisinin saytında dərc olunan
məlumatda deyilir.
Məlumata görə, Rusiya Bankının Direktorlar Şurası iyun ayında
başlanan pul-kredit siyasətinin yumşaldılması kursunu davam
etdirmək qərarına gələrək əsas faiz dərəcəsini azaldıb.
Qeyd edək ki, bundan əvvəl əsas uçot dərəcəsi 16,5 faiz təşkil
edirdi.
“İqtisadiyyat balanslaşdırılmış artım trayektoriyasına
qayıtmaqda davam edir. Noyabr ayında qiymətlərin cari artımının
dayanıqlı göstəriciləri azalıb. Bununla yanaşı, son aylarda
inflyasiya gözləntiləri müəyyən qədər yüksəlib. Kredit aktivliyi
yüksək səviyyədə qalır”, – Rusiya Bankının uçot dərəcəsinin
endirilməsi ilə bağlı rəsmi məlumatında deyilir.

