40 obyektdə Yeni il hədiyyə qutuları və məhsullarında nöqsanlar aşkarlanıb (FOTO)

Baş səhifə

Bakı.Trend:

Əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ticarət şəbəkələrində
satışı həyata keçirilən Yeni il hədiyyə qutuları ilə bağlı
monitorinqlər keçirib.

Trend xəbər
verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, cari ilin 11-17 dekabr tarixlərində aparılan
monitorinqlər zamanı 148 sahibkarlıq subyektində 9347 məhsula baxış
keçirilib. Yoxlama zamanı 40 obyektdə qutuların qablaşma,
məhsulların son istifadə tarixi barədə məlumatlarının qeyd
edilmədiyi, markalanmanın mövcud olmadığı və ya düzgün aparılmadığı
aşkarlanıb.




Uyğunsuzluqlarla əlaqədar mövcud tələblərə cavab verməyən 1299
ədəd hədiyyə qutusu müvafiq qaydada aktlaşdırılaraq satışdan
kənarlaşdırılıb. Nəzarət tədbirləri davam etdirilir.

Uşaqlar üçün şirniyyat dolu hədiyyə qutularının seçimində
diqqətli olmaq lazımdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir