DİM sədri “bunker müəllimi” iddialarına aydınlıq gətirib

Baş səhifə

Bakı. Trend:

“Bunker müəllimləri”, “bizdə suallar var” kimi ifadələr sadəcə
mifdir. Bunların hamısı abituriyentlərin və valideynlərin diqqətini
cəlb etmək, nəticədə isə müştəri toplamaq məqsədi daşıyır. Bizneslə
məşğul olmaq qanunla qadağan edilməsə də, Dövlət İmtahan Mərkəzinin
nüfuzuna xələl gətirərək bu işi qurmaq cəhdlərinin sonu yoxdur.

Bunu Trend
müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri
Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, son dövrlərdə kodlaşdırma ilə bağlı da
yanlış informasiyalar yayılır:




“Halbuki kodlaşdırma prosesi tam şəffaf şəkildə aparılır. Hər
bir abituriyent topladığı balı bilir, boş yerlərin sayı məlumdur və
biz bütün bu məlumatları ictimaiyyətə açıq təqdim edirik. Üstəlik,
Bakıda və regionlarda fəaliyyət göstərən Abituriyent Məsləhət
Mərkəzlərində mütəxəssislərimiz abituriyentlərə pulsuz xidmət
göstərirlər. Həmin mütəxəssislərə əvvəlcədən vebinarlar vasitəsilə
müsabiqə vəziyyəti izah olunur, mən özüm də ixtisaslar üzrə
müqayisəli çıxışlar edirəm”.

Məleykə xanım qeyd edib ki, buna baxmayaraq, bəzi şəxslər
abituriyentlərə “kömək” adı ilə müxtəlif təkliflərlə yaxınlaşır və
onların məlumat azlığından istifadə edirlər. Nəticədə isə həmin
abituriyentlər kodlaşdırdıqları ixtisaslara qəbul olunmadıqda,
ittihamları Dövlət İmtahan Mərkəzinə yönəldirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir