
Bakı. Trend:
Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (Trump Route –
TRIPP) gerçəkləşdirilməsi uzunmüddətli perspektivdə Azərbaycanın
ixrac potensialının artımına və iqtisadi inkişafına töhfə
verəcək.
Trend xəbər verir
ki, bu haqda “Fitch” beynəlxalq reytinq agentliyinin hesabatında
deyilir.
“Fitch” analitikləri hesabatda 2025-ci ilin avqustunda
Azərbaycan və Ermənistanın mərhələli şəkildə tamdəyərli sülh
sazişinə nail olmaq məqsədilə sülh razılaşmasının mətnini
parafladıqlarını xatırladırlar. Sənəddə sülh nizamlanması
çərçivəsində Ermənistan ərazisindən keçməklə Naxçıvanla avtomobil
və dəmir yolu əlaqəsinin yaradılması nəzərdə tutulur.
Agentliyin qiymətləndirməsinə görə, Naxçıvanla birbaşa quru
əlaqəsinin yaradılması Azərbaycana Türkiyəyə birbaşa quru çıxışı
təmin edəcək ki, bu da zamanla ixrac imkanlarının genişlənməsinə və
iqtisadi artıma şərait yarada bilər.
“Oktyabr ayında Azərbaycan Ermənistana quru yolla yüklərin
tranzitinə icazə verilməsi barədə qərar qəbul edib və bu,
gərginliyin azalmasına dair əlavə siqnal kimi qiymətləndirilir.
Ermənistanla münasibətlərdə risklərin azalması müdafiə xərclərinin
ixtisarına gətirib çıxara bilər ki, bu da öz növbəsində
ortamüddətli perspektivdə büdcə təzyiqlərini azaldacaq”, – deyə
hesabatda vurğulanır.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti
Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol
Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan
Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə
Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald
Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla
görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri
Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası
arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə
dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan
Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin
ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin
bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə
üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək
Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar
Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər
nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini
(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk
konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və
Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)
imzalayıblar.

