Zelenski: Ukrayna müstəqil olmasa Moskva Polşanın ardınca gələcək

Baş səhifə

Rusiya Polşa ilə Ukrayna arasında münaqişələrin yaranmasında maraqlıdır, lakin müstəqil Ukrayna olmasa Moskva Polşanın ardınca gələcək.

APA “Evropeyskaya pravdaya” istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Varşavada Polşa Prezidenti Karol Navrotski ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.

Zelenski iki cəmiyyət arasında “çətin məqamların” mövcud olduğunu qeyd etsə də, onun sözlərinə görə, prezidentlərin vəzifəsi iki xalqı bir arada saxlayan siyasət formalaşdırmaqdır.

“Dövlətimiz müstəqil olmasa Moskva mütləq bura, Avropaya doğru gələcək. Bizim müstəqilliyimiz olmadan Moskva qaçılmaz olaraq Polşanın ardınca gələcək. Ona görə də bizim mövcud olmağımız vacibdir. Sizin mövcud olmağınız vacibdir. Ukraynanın və Polşanın mövcud olması vacibdir və bizim birlikdə olmağımız vacibdir”, – Zelenski bildirib.

O, Navrotskini Ukraynaya dəvət edərək bunun “cəmiyyətlərimiz üçün vacib” olduğunu vurğulayıb.

“Ukrayna özünü müdafiə edir və bununla Avropanı da qoruyur. Biz ödədiyimiz ən böyük qiymət insanlarımızın həyatıdır”, – Ukrayna Prezidenti əlavə edib və Polşaya göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir