İttiham aktında Kamran Əsədovun adını görəndə təəəcübləndim – Məleykə Abbaszadə

Baş səhifə

Bakı. Trend:

İstintaq aparılarkən, bu işin arxasında kimlərin dayandığı
barədə məlumatımız yox idi. Birinci qrupla bağlı ittiham aktı
təqdim olundu və məhkəmə prosesi keçirildi. Daha sonra ikinci
ittiham aktı təqdim ediləndə, sənədi hüquqşünaslarımıza verdim ki,
prosesi izləyib lazımi hazırlığı görsünlər. Hüquqşünaslarımız mənə
həmin ittiham aktında dırnaqarası “təhsil eksperti”nin adının
keçdiyini bildirdilər və bu, məni təəccübləndirdi.

Bunu Trend
müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri
Məleykə Abbaszadə bildirib.

“Çünki cəmi bir həftə əvvəl həmin şəxs rəsmi tədbirlərin birində
rektorlarla mehriban söhbət edirdi. Halbuki o, həmin vaxt artıq
ittiham aktından xəbərdar idi. Bilə-bilə bu qədər rahat davranması,
heç nə olmamış kimi görünməsi məni təəccübləndirdi”, o, əlavə
edib.




Məleykə Abbaszadə vurğulayıb ki, əlavə təhlillər aparılacaq və
yeni saxtakarlıq halları aşkarlanarsa, həmin şəxslərin ali
məktəblərdən xaric ediləcək:

“Bu ittiham aktı bizim üçün bəzi vacib məqamları aydınlaşdırdı.
Onun əsasında əlavə təhlillər aparacağıq. Nazirlər Kabinetinin
təsdiqlədiyi qaydalara əsasən, əgər yeni saxtakarlıq halları
aşkarlanarsa, həmin şəxslərin ali məktəblərdən xaric edilməsinə
dair hüququmuz var və bu səlahiyyətdən istifadə ediləcək”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir