Bir həftə ərzində yaşıllıqlara 297 min manat ziyan dəyib

Baş səhifə

Bakı.Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən
son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt
şəhəri, Quba, Ağdam və İsmayıllı rayonlarının inzibati ərazilərində
yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu barədə Trend-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən
məlumat verilib.




Bildirilib ki, araşdırma zamanı Sumqаyıt şəhəri Kаmrаn Hüsеynоv
küçəsində, Quba rayonunun Bad, Ağdam rayonunun Əliağalı kəndlərində
və İsmayıllı-Qaraməryəm yolunun Balik kəndi ərazisindən keçən
hissəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara
297040 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət
tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün
toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir