Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Baş səhifə

Bakı.Trend:

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə
çıxarılır.

Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma
xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər
çərçivəsində Bakı–Gəncə, Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid
məntəqəsi), Bakı-Laçın, Bakı–Mingəçevir, Bakı-Şəki, Sumqayıt- Sınıq
Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Göyçay, Sumqayıt-Ağdam,
Sumqayıt-Cəbrayıl, Sumqayıt-Kürdəmir, Sumqayıt-Yalama(Xaçmaz),
Gəncə-Balakən, Ağcabədi-Gəncə, İmişli-Sumqayıt, Gəncə-Mingəçevir,
Bərdə–İsmayıllı, Mingəçevir-Gəncə, Mingəçevir-Horadiz,
Mingəçevir-Bərdə, Bərdə-Mingəçevir, Gəncə-Qazax, Qazax-Gəncə
şəhərlərarası, Aşağı Atuc kəndi (Quba) – Heydər Əliyev prospekti
(Mərkəzi Bazar), Burunqovaq (Samux) – Gəncə (Dəmiryol vağzalı),
Qaraarx (Samux) – Gəncə (Dəmiryol vağzalı) istiqamətlərində,
həmçinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə
142, 551, 555 və 592 nömrəli şəhərətrafı avtobus marşrutlarını
müsabiqəyə çıxarır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər
Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq
edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına
dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil
edilir.

Sənədlər 17 yanvar 2026-cı il, saat 17:00-dək Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5;
əlaqələndirici şəxs: Anar Məmmədov (Mob: 050-444-10-75, e-poçt:
[email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat
nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Gəncə,
Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Laçın
(Laçın-Həkəri-Zəngilan yolu), Bakı– Mingəçevir, Bakı-Şəki,
Sumqayıt- Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Göyçay
istiqamətlərində 8 lot üzrə yanvarın 23-də;




Sumqayıt-Ağdam, Sumqayıt–Cəbrayıl, Sumqayıt-Kürdəmir,
Sumqayıt-Yalama (Xaçmaz), Gəncə-Balakən, Ağcabədi-Gəncə,
İmişli-Sumqayıt istiqamətlərində 7 lot üzrə yanvarın 27-də;

Gəncə-Mingəçevir, Bərdə–İsmayıllı, Mingəçevir-Gəncə,
Mingəçevir-Horadiz, Mingəçevir-Bərdə, Bərdə-Mingəçevir
istiqamətlərində 7 lot üzrə yanvarın 30-da;

Gəncə-Qazax və Qazax-Gəncə istiqamətlərində 8 lot üzrə fevralın
3-də;

Aşağı Atuc kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi
bazar), Burunqovaq (Samux) – Gəncə (Dəmiryol vağzalı), Qaraarx
(Samux) – Gəncə (Dəmiryol vağzalı) istiqamətlərində və 142 nömrəli
(metronun “20 Yanvar” stansiyası – Masazır kəndi) şəhərətrafı, 551
nömrəli (Bakı BAK – Atyalı yaşayış massivi) şəhərətrafı, 555
nömrəli (Sumqayıt şəhər avtovağzalı – Müşfiqabad qəsəbəsi)
şəhərətrafı və 592 nömrəli (Gorədil qəsəbəsi – Xırdalan şəhəri)
şəhərətrafı avtobus marşrutları üzrə 7 lot üzrə fevralın 6-da
baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan
əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili)
marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində
göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılmasıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir