Külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Baş səhifə

Bakı. Trend:

Külli miqdarda pul leqallaşdırmaqda təqsirləndirilən İlqar
Hacıyevin məhkəməsi başlayır.

Trend xəbər
verir ki, bağlı cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə
göndərilib.

İş baxılması üçün hakim Hafiz Kamranovun icraatına verilib və
hazırlıq iclası 29 dekabra təyin edilib.




Qeyd edək ki, İlqar Hacıyev barəsində 2017-ci ilədək qüvvədə
olan AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə
təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul
edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda
gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış
elan olunub. Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il
tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri
seçilib.

Noyabrın 14-də ittihamın məzmununa əlavələr və dəyişikliklər
edilib və İlqar Hacıyev barəsində Cinayət Məcəlləsinin 1 dekabr
2017-ci ilədək qüvvədə olan 178.3.2 və 193-1.3.2 maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir