Xalq artisti Ənvər Həsənovun qəbirüstü abidəsi ucaldılıb

Baş səhifə

Xalq artisti, tanınmış aktyor Ənvər Həsənovun qəbirüstü abidəsi hazırlanıb.

APA xəbər verir ki, abidə bu yaxınlarda Buzovna qəbiristanlığında Xalq artisitnin məzarı üzərində ucaldılıb.

Qeyd edək ki, bir müddət əvvəl mərhum aktyorun qəbirüstü abidəsinin aidiyyəti qurumlar tərəfindən hazırlanıb ucaldılmaması barədə Ənvər Həsənovun ailə üzvlərinin narazılıqları yayılmışdı. İndi ucaldılan abidə isə onun ailəsinin maliyyəsi əsasında hazırlanıb.

Xatırladaq ki, Ənvər Həsənov bu ilin martın 16-da işemik insult səbəbilə vəfat edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir