“Fitch” 2025-2027-ci illərdə Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını verib

Baş səhifə

Bakı. Trend:

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci ildə
Azərbaycanda istehlak inflyasiyasının səviyyəsinin 5,7% təşkil
edəcəyini proqnozlaşdırır .

Trend bu barədə
“Fitch”ə istinadən məlumat verir.

Agentliyin analitiklərinin qiymətləndirməsinə görə, 2026-cı ildə
inflyasiya 4,6%-ə, 2027-ci ildə isə 4%-ə enəcək.




“Fitch”in hesabatında qeyd olunur ki, 2025-ci ilin yanvar–noyabr
ayları üzrə orta inflyasiya səviyyəsi 5,7% olub və aprel–may
aylarında 6,4% pik həddinə çatıb ki, bu da rəsmi hədəf diapazonu
daxilindədir. Dekabr ayında Azərbaycan Mərkəzi Bankı inflyasiya
üzrə yuxarı risklərin azalmasına əsaslanaraq, əsas uçot dərəcəsini
25 baza bəndi azaldaraq 6,75%-ə endirib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Mərkəzi Bankı cari illik
inflyasiyanın gözlənilən trayektoriyaya uyğun gəldiyini və müəyyən
edilmiş hədəf diapazonu daxilində qaldığını bəyan edib.

2025-ci ilin oktyabr ayında 12 aylıq inflyasiya 5,9% təşkil
edib. Ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə
illik qiymət artımı 8,2%, ödənişli xidmətlər üzrə 5,6%, qeyri-ərzaq
məhsulları üzrə isə 2,5% olub. İllik baza inflyasiyası 5% təşkil
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir