Azərbaycan İspaniyaya neft ixracını bərpa edib

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin noyabr ayında Azərbaycan fasilədən sonra İspaniyaya
neft və neft məhsullarının ixracını bərpa edib. Bu istiqamətdə
əvvəlki tədarük 2024-cü ilin dekabr ayında qeydə alınmışdı.

Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat ayında
Azərbaycandan İspaniyaya 38,585 milyon ABŞ dollarından çox dəyərdə
82,576 mindən çox bitumlu süxurlardan əldə edilmiş xam neft və neft
məhsulları ixrac olunub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar–noyabr aylarında bu
istiqamət üzrə tədarükün həcmi təxminən 250,396 min ton, dəyəri isə
143 milyon ABŞ dolları təşkil edib.




Keçən ilin dekabr ayında göstəricilər həmin ilin noyabr ayı ilə
müqayisədə dəyişməyib.

Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında
Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən
xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon
ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.

Məlumata əsasən, analoji 2024-cü ilin dövrü ilə müqayisədə dəyər
ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz
azalıb, fiziki ifadədə isə 576 min ton və ya 2,7 faiz artım qeydə
alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir