“Fitch” Azərbaycanda 2028-ci ilə qədər real ÜDM artımı ilə bağlı proqnozlarını verib

Baş səhifə

Bakı. Trend:

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi bildirir ki,
Azərbaycanın real ÜDM artımı 2025-ci ildə əvvəl proqnozlaşdırılan
3,5% ilə müqayisədə 1,8% təşkil edəcək.

Trend xəbər verir
ki, “Fitch”in qiymətləndirmələrinə görə, 2026–2027-ci illərdə
iqtisadi artım tempinin illik 2,4% səviyyəsində olacağı
gözlənilir.

Agentliyin hesabatında qeyd olunur ki, 2025-ci ilin 11 ayı
ərzində Azərbaycanın real ÜDM-i illik ifadədə 1,6% artıb, neft
sektorunda hasilat həcmləri 1,8% azalıb, qeyri-neft sektorunda isə
3,2% iqtisadi artım müşahidə olunub.

2025-ci ilin 9 ayı ərzində neft hasilatı 20,7 milyon ton təşkil
edib ki, bu da orta hesabla günə təxminən 570 min barelə
bərabərdir. “Fitch” 2027-ci ilə qədər neft hasilatı həcminin günə
565 min barelə enəcəyini gözləyir. 2025-ci ilin 9 ayı ərzində təbii
qaz hasilatı 38,2 milyard kubmetrə çatıb və agentlik qaz
hasilatının pik həddə 2025-ci ildə çatacağını proqnozlaşdırır.




Qeyd edək ki, Azərbaycan hökuməti 2026-cı ildə ölkənin ÜDM-nin
134,1 milyard manat (78,88 milyard ABŞ dolları) səviyyəsinə
çatacağını, bunun 101,7 milyard manatının (59,82 milyard ABŞ
dolları) qeyri-neft-qaz sektorunun payına düşəcəyini
proqnozlaşdırır.

Beləliklə, hökumətin qiymətləndirməsinə əsasən, 2026-cı ildə
iqtisadi artım 3,2% təşkil edəcək, o cümlədən qeyri-neft-qaz
sektorunda artım 8,8% səviyyəsində olacaq.

Hökumətin yenilənmiş proqnozlarına görə, 2025-ci ildə
Azərbaycanın ÜDM-nin həcmi 129,9 milyard manat (76,41 milyard ABŞ
dolları) gözlənilir ki, bunun da 93,5 milyard manatı (54,99 milyard
ABŞ dolları) qeyri-neft-qaz sektorunun hesabına formalaşacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir