
Bakı. Trend:
2026-cı il orta qlobal temperaturun 1,4 °C həddini aşdığı
ardıcıl dördüncü il ola bilər.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Britaniyanın Meteorologiya
İdarəsi (Met Office-ing) məlumat yayıb.
Alimlərin proqnozlarına görə, istiliyi atmosferdə saxlayan
istixana qazlarının planetin isinməsini davam etdirməsi fonunda
2026-cı il hava ilə bağlı müşahidələrin aparılmağa başladığı andan
bəri ən isti illərdən biri olacaq.
2025-ci ilin yanvar–noyabr ayları üzrə qlobal orta temperatur
sənayeöncəsi səviyyədən 1,48°C yüksək olub.
Hələlik 2024-cü il müşahidələr aparılmağa başlanandan bəri ən
isti il olaraq qalır və 1850–1900-cü illər bazis dövrü ilə
müqayisədə temperaturun ilk dəfə 1,5°C həddini aşdığı il kimi
tarixə düşüb.
Tədqiqatçılar temperaturun sənayeöncəsi dövrün orta göstəricisi
ilə müqayisədə 1,34°C–1,58°C aralığında olacağını
proqnozlaşdırırlar.

