Türkiyə DİN İzmitdə aşkar edilən PUA-nın Rusiya mənşəli olduğunu təsdiqləyib – FOTO – YENİLƏNİB

Baş səhifə

Türkiyə Daxili İşlər Nazirliyi Kocaeli vilayəti ərazisində düşən PUA-nın Rusiya mənşəli kəşfiyyat və müşahidə PUA-sı olduğunu təsdiqləyib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Nazirlik açıqlamasında araşdırmaların davam etdiyinu bildirib:

“Bu gün Kocaeli vilayətinin İzmit rayonunun Çubuklubala məhəlləsi sərhədləri daxilində, ilkin müəyyənləşdirmələrə əsasən Rusiya mənşəli, kəşfiyyat və müşahidə məqsədləri üçün istifadə olunan Orlan-10 tipli Pilotsuz Uçuş Aparatı (PUA) aşkar edilib. Məsələ ilə bağlı araşdırma davam etdirilir”, – açıqlamada deyə qeyd olunub.

***

16:50

Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərinə pilotsuz uçuş aparatı düşüb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, hadisə yerinə müvafiq xidmətlərin əməkdaşları cəlb edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir