“Fitch” 2028-ci ilə qədər Azərbaycanın beynəlxalq ehtiyatları ilə bağlı proqnozunu təqdim edib

Baş səhifə

Bakı. Trend:

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın rəsmi
beynəlxalq ehtiyatlarının, o cümlədən qızıl ehtiyatlarının,
qarşıdakı üç il ərzində tədricən azalacağını proqnozlaşdırır.

Trend bu barədə
“Fitch”ə istinadən xəbər verir.

Agentliyin proqnozlarına görə, 2025-ci ildə ehtiyatlar 11,6
milyard dollar təşkil edəcək, 2026-cı ildə 11 milyard dollara
enəcək və 2027-ci ildə 10,8 milyard dollara qədər azalacaq.




Müqayisə üçün, Azərbaycanın rəsmi beynəlxalq ehtiyatları 2022-ci
ildə 11,3 milyard dollar, 2023-cü ildə 13,7 milyard dollar, 2024-cü
ildə 12,7 milyard dollar təşkil edib.

Fitch qeyd edir ki, Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ)
aktivləri qiymət artımı (qızıl qiymətlərinin yüksəlməsi və avronun
möhkəmlənməsi) sayəsində əhəmiyyətli dərəcədə artmağa davam
edir.

“2024-cü ilin sonundan bəri fondun aktivləri 17% artıb və
2025-ci ilin üçüncü rübünün sonunda 70,2 milyard dollar təşkil edib
(ÜDM-in 91,2%-i). SOFAZ-ın portfelində qızılın payı 33%-ə çatıb və
dolların payı ilə demək olar ki, bərabərləşib, bu isə 35%-dir.
“Fitch” Azərbaycanın xarici ehtiyatlarının proqnozlaşdırılan dövrdə
tam dayanıqlı qalacağını gözləyir ”,-deyə agentliyin hesabatında
qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir