
Bakı. Trend:
PSV-nin yarımmüdafiəçisi Coy Veerman karyerasını Türkiyə Super
Liqasında davam etdirməyə yaxındır.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Fənərbaxça” niderlandlı futbolçunu
transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat
yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. İstanbul nəhəngi 27
yaşlı orta xətt oyunçusu üçün onun klububa 20 milyon avroluq
sərbəstqalma məbləğini ödəyəcək.
Qeyd edək ki, PSV Coy Veermanı 2022-ci iilin yanvar ayında “Herenven”dən transfer edib. Niderland millisinin üzvü bu mövsüm
Eyndhoven təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 8
qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

