
Bakı. Trend:
“Liverpul”un hücumçusu Aleksandr İsak İsveçdə ilin ən yaxşı
oyunçusuna verilən “Qızıl top” mükafatını qazanıb.
Trend xəbər verir ki, İsveç
Futbol Assosiasiyası və “Aftonbladet” qəzeti ilə əməkdaşlıq
çərçivəsində İsaka mükafat təqdim olunub.
Qeyd edək ki, 26 yaşlı futbolçu bu il “Nyukasl”, “Liverpul” və
İsveç milli komandasında 42 oyun keçirib, 17 qol vurub və 4
məhsuldar ötürmə edib. O, mükafat uğrunda “Arsenal”ın hücumçusu
Viktor Dyekereşi geridə qoyub.

