Tramp Ukrayna məsələsi üzrə danışıqların keçirildiyi Floridaya səfər edəcəyini bəyan edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Floridaya getməyi planlaşdırdığını
açıqlayıb.

Trend xəbər verir ki, o, bu
barədə Şimali Karolinaya uçmazdan əvvəl jurnalistlərə danışıb.

Trampın sözlərinə əsasən, Floridada əsas diqqət iqtisadi
məsələlərə yönələcək. Səfər Mayamidə Ukrayna ilə bağlı nəzərdə
tutulan növbəti danışıqlar mərhələsi ərəfəsində baş tutacaq.




“Biz Floridaya qısa müddətlik gedirik, əsas məqsəd işgüzar
məsələlərdir. Bir sıra görüşlər planlaşdırılıb”, – deyə Tramp
bildirib.

O əlavə edib ki, səfər çərçivəsində sığorta şirkətləri ilə də
müzakirələr aparılacaq.

“Biz sığorta şirkətləri ilə tariflərin ciddi şəkildə
azaldılmasının mümkün olub-olmadığını müzakirə etmək istəyirik.
Əgər buna nail ola bilməsək, insanlara birbaşa ödəniş edəcəyik və
onlar öz tibbi sığortalarını özləri təmin edəcəklər”, – ABŞ
Prezidenti qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir