Naxçıvanda 90 nəfərlik elektron imtahan auditoriyası ayın sonuna qədər hazır olacaq – Məleykə Abbaszadə

Baş səhifə

Bakı.Trend:

Naxçıvanda 90 nəfərlik elektron imtahan auditoriyası ayın sonuna
qədər hazır olacaq.

Bunu Trend
müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri
Məleykə Abbaszadə bildirib.




O qeyd edib ki, DİM-in Elektron İmtahanlar Korpusunda 750 yer
var. Buna görə də regionlarda olan mərkəzlərdə də elektron imtahan
auditoriyalarına ehtiyac var:

“Naxçıvandakı regional bölməmizdə 90 nəfərlik auditoriya qurulur
və dekabrın sonunda bu layihə yekunlaşacaq. İşğaldan azad edilmiş
ərazilərdə də belə auditoriyaların qurulması nəzərdə tutulur.
Hələlik təhsil alanların sayı azdır, amma gələcəkdə orada da
auditoriyalar planlaşdırılır. Hazırda Gəncə, Naxçıvan, Lənkəran,
Şəki, Göyçay və Bərdədəki regional bölmələrdə belə auditoriyaların
qurulması və imtahanların eyni zamanda keçirililməsi
planlaşdırılıb. Bu işlər genişləndiriləcək. Yanvar və fevral
aylarında isə digər regionlarda elektron imtahanların keçirilməsi
üçün auditoriyaların qurulması nəzərdə tutulur. Uyğun avadanlıqla
təchiz olunmuş və internet bağlantısı yaxşı olan təhsil
müəssisələrindən də auditoriyalar istifadə ediləcək”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir