
Bakı. Trend:
ABŞ-nin Nyu-Cersi ştatında iki sərnişin qatarı toqquşub.
Nəticədə qatarlardan biri qismən relslərdən çıxıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, hadisə Montkler-Buntun xəttində (Montkler
şəhəri yaxınlığında) baş verib.
Qəza nəticəsində 17 nəfər yaralanıb. Bununla belə xəsarət
alanaların həyatı üçün təhlükə olmadığı təsdiqlənib.
Nyu Cersi ştatının nəqliyyat polisi hadisənin baş vermə
şəraitini araşdırır. Qəzanın səbəbləri hələ ki müəyyən
edilməyib.
Montkler-Buntun xətti üzrə qatarların hərəkəti “Montclair
Heights” və “Bay Street” stansiyaları arasındakı hissədə hər iki
istiqamətdə müvəqqəti olaraq dayandırılıb.

