
Rusiyanın Ukraynanın Odessa vilayətində yerləşən liman infrastrukturuna hücumu nəticəsində səkkiz nəfər ölüb.
APA xəbər verir ki, bu barədə UNIAN Dövlət Fövqəladə Hallar Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində daha 27 nəfər yaralanıb.
Yaralılar arasında partlayışa məruz qalan avtobusda olan şəxslərin də olduğu bildirilir.

