Vayxır KSES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Vayxır Kiçik Su Elektrik Stansiyasında (KSES) indiyədək 143
milyon kilovatt-saat elektrik enerjisi istehsal edilib.

Trend bu barədə
Energetika Nazirliyinə istinadən xəbər verir.

Stansiya hər biri 1,5 MVt gücündə 3 ədəd hidroaqreqatdan
ibarətdir.




Vayxır Kiçik Su Elektrik Stansiyası 19 il öncə Naxçıvan Muxtar
Respublikasında istismara verilib.

Qeyd edək ki, 2025-сi ilin yanvar-noyabr aylarında Azərbaycanda
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və
təchizatı sektorunda 3,096 milyard manat dəyərində məhsul istehsal
olunub və xidmətlər göstərilib.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda
istehsal edilmiş məhsulların həcmi 597,5 milyon manat təşkil
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir