Keçmiş çempion boksçu rinqdə məşhur blogerin çənəsini sındırdı

Baş səhifə

Bakı. Trend:

Keçmişdə ağır çəkidə üç versiya üzrə dünya çempionu olmuş
britaniyalı Entoni Coşua amerikalı bloger və həvəskar boksçu Ceyk
Polu məğlub edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

ABŞ-ın Florida ştatının Mayami şəhərində keçirilən səkkiz
raundlu döyüş Coşuanın 6-cı raundda nokautla qələbəsi ilə başa
çatıb.

Döyüşdən sonra Ceyk Pol keçmiş olimpiya çempionu, britaniyalı
Entoni Coşuanın zərbəsindən çənəsinin sındığını bildirib.




“Məncə, çənəm sınıb, yeri gəlmişkən. Bəli, dəqiq sınıb. Döyüş
möhtəşəm idi, xoşuma gəldi. Mən yenidən qayıdacağam və dünya
çempionu olmaq istəyirəm”, — deyə o, rinqdə açıqlama verib.

Əvvəlcə Polun amerikalı Cervonta Devislə qarşılaşması
planlaşdırılırdı, lakin o, cinayət təqibi səbəbindən döyüşdən
kənarlaşdırılıb.

Hazırda 36 yaşlı Coşuanın aktivində 29 qələbə (26-sı nokautla)
və 4 məğlubiyyət var. Son döyüşündə britaniyalı həmyerlisi Daniel
Dyubuaya uduzub və Beynəlxalq Boks Federasiyasının (IBF) dünya
çempionu titulunu qazana bilməyib. Həmin döyüşlə Coşua ukraynalı
Aleksandr Usiklə keçirdiyi iki qarşılaşmadan sonra qazandığı dörd
qələbəlik seriyanı dayandırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir