Azərbaycan mebel idxalına çəkdiyi xərci azaldıb

Baş səhifə

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 132 milyon 161,64 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb

Bu, ötən ilin 11 ayı ilə müqayisədə 17 milyon 953,34 min ABŞ dolları və ya 11,9 % azdır.

Hesabat dövründə mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,62%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir