
Bakı. Trend:
Pakistanın sabiq Baş naziri İmran Xan və həyat yoldaşı Buşra
Bibi korrupsiya işi ilə bağlı 17 il müddətinə azadlıqdan məhrum
ediliblər.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“Toşaxana” işi 2021-ci ildə Səudiyyə Ərəbistanı hökuməti
tərəfindən sabiq baş nazir və həyat yoldaşına təqdim edilmiş bahalı
hədiyyələr ilə bağlı qanunsuz əməliyyatlara aiddir.
Xüsusi məhkəmənin hakimi Şahrux Arjuman hökmü Pakistanın
Rəvəlpəndi şəhərində yerləşən, yüksək mühafizə rejimli
həbsxanasında elan edib.
İmran Xan və Buşra Bibi Pakistan Cinayət Məcəlləsinin 409-cu
maddəsi (etibardan sui-istifadə) üzrə 10 il, Korrupsiyanın
Qarşısının Alınması Haqqında Qanunun müxtəlif maddələri üzrə isə
əlavə olaraq 7 il azadlıqdan məhrum ediliblər. Məhkəmə, həmçinin
onların hər biri barəsində 10 milyon məbləğində cərimə tətbiq
edib.

