Suriya ordusunda Azərbaycan modeli tətbiq ediləcək – Nazir

Baş səhifə

Türkiyə Suriyanın ordusuna Azərbaycan modeli əsasında dəstək verməyə hazırdır.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər bildirib.

Nazir vurğulayıb ki, Türkiyə əvvəllər Azərbaycan, Liviya və Somali ordularına hərbi təlim dəstəyi göstərib və Suriyaya da eyni dəstəyi təqdim etmək niyyətindədir.

“Azərbaycana, Liviyaya və Somaliyə təlim dəstəyini necə təmin etmişiksə, eynisini onlara da verə bilərik. Təlimlərə Türkiyədə başlamışıq və davam etdiririk. Suriyanın terrorla mübarizəsinə yardım etməli olduğumuzu düşünürük və fəaliyyətlərimizi də bu istiqamətdə davam etdiririk”, – deyə nazir qeyd edib. (Mənbə APA)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir