Türkiyə müdafiə naziri Suriya ilə bağlı ultimatum verib

Baş səhifə

Bakı. Trend:

2016-cı ildə Suriyada əməliyyatlarımızı həyata keçirərkən həm
ABŞ, həm də Rusiya orada idi. Biz görülməli olan işi heç kimdən
soruşmadan etdik və başa çatdırdıq. Qarşıdakı dövrdə də ehtiyac
yaranarsa, lazım olanı yenə də heç kimdən icazə almadan edərik.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Naziri
Yaşar Gülər ilin yekunlarına dair brifinqdə bildirib.

Suriyada qurulan yeni hökumətin və dövlət başçısının ölkədəki
bütün qrupları əhatə etməyə yönəlmiş addımlarını izlədiklərini
bildirən Gülər, Türkiyənin bu prosesdə prinsipial və qəti
mövqeyindən geri çəkilməyəcəyini vurğulayıb.




Suriya Demokratik Qüvvələri (SDQ) terror təşkilatının Suriya
ordusuna inteqrasiyası ilə bağlı müzakirələrə toxunan nazir Gülər,
Türkiyənin bu məsələdəki “qırmızı xətt”lərini açıq şəkildə ifadə
edib:

“Suriyalı rəhbərlərlə apardığımız görüşlərdə SDQ-nin
inteqrasiyaya dair mövqeyini görürük. Biz hər cür inkişaf
ssenarisinə qarşı planlarımızı hazırlamışıq. SDQ bir birlik
şəklində inteqrasiyadan danışır, lakin bu, qəbuledilməzdir. Onlar
mütləq şəkildə Suriya ordusuna fərdi qaydada inteqrasiya
olunmalıdırlar. Bu mövzuda geri addım atmağımız müzakirə mövsuzu
deyil”,-deyə nazir vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir