“Mançester Yunayted” Kenan Yıldızın transferində qərarlıdır

Baş səhifə

Bakı. Trend:

“Mançester Yunayted” “Yuventus”un oyunçusu Kenan Yıldızı
transfer etməkdə israrlıdır.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” türkiyəli
futbolçu üçün rəqiblərini qabaqlamağı planlaşdırır.

Klub 20 yaşlı yarımmüdafiəçiyə görə Turin klubuna 100 milyon
avro (88 milyon funt sterlinq) təklif etməyə hazırdır. İngiltərə
Premyer Liqasından “Arsenal” da türk futbolçu ilə maraqlanan
klublar arasındadır.




Bildirilib ki, Yıldız hələ “Yuventus”la uzunmüddətli müqavilə
imzalamadığı üçün İngiltərə klublarının əsas transfer hədəfinə
çevrilib. Tərəflər arasında bir neçə dəfə danışıqlar aparılsa da,
razılıq əldə olunmayıb.

“Mançester Yunayted” rəqiblərini təəccübləndirmək üçün
“astronomik” təklif hazırlayır və klub rəhbərliyi bu məbləğin
“Yuventus”u ulduz futbolçunu satmağa razı sala biləcəyinə
inanır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir