
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr ayları ərzində Hindistandan Azərbaycana
birbaşa xarici investisiyaların həcmi 38,960 milyon ABŞ dolları
təşkil edib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7
milyon dollar və ya 20,9% çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi
həcmində Hindistandan reallaşan investisiyaların payı 0,8% təşkil
edib.
2024-cü ilin ilk 9 ayı ərzində Hindistandan Azərbaycana birbaşa
xarici investisiyaların ümumi həcmi 32,211 milyon dollara bərabər
olmuşdu.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan
iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ
dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki
göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım
deməkdir.
Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici
iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə
2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9
ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya
47,7% çoxdur.

