
Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 20-də
Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri
Ervin İbrahimoviç ilə görüşüb.
Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Monteneqro münasibətlərinin
bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə tərəfindən
göstərilən qarşılıqlı dəstək vurğulanıb.
Söhbət zamanı Azərbaycan ilə Monteneqro arasında
ticarət-iqtisadi, investisiyaların təşviqi, energetika, humanitar,
turizm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf
perspektivləri müzakirə olunub.

