
Bakı. Trend:
Türkiyənin “Fənərbağça” komandasının prezidenti Sadəttin Saran
narkotiklərlə bağlı aparılan araşdırma çərçivəsində saxlanıldıqdan
sonra sərbəst buraxılıb.
Trend-in
məlumatına görə, bu barədə klubun rəsmi saytında bildirilib.
Məlumata əsasən, Saran aparılan araşdırma zamanı Respublika Baş
Prokurorluğuna dəvət olunub.
O, prokurorluqda ifadə verdikdən sonra Məhkəmə-Tibb Ekspertizası
Qurumunda müayinədən keçirilib və məhkəmə nəzarəti şərti ilə
sərbəst buraxılıb.

