Oğuzda ağır qəza bir nəfərin ölümünə, bir neçə nəfərin yaralanmasına səbəb olub

Baş səhifə

Oğuzda mikroavtobus ağaca çırpılıb, ölən və xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun rayonun Sincan kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Hazırda yarılara ilkin tibbi yardım göstərilir və şəxsiyyətləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir