
Bakı. Trend:
ABŞ, Misir, Qətər və Türkiyə nümayəndələri Qəzza zolağında
atəşkəs razılaşmasının birinci mərhələsinin həyata keçirilməsində
irəliləyişlər olduğunu bildiriblər.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi
elçisi Stiven Uitkoff “X” sosial şəbəkəsində yazıb.
Razılaşmaya əsasən, ABŞ, Misir, Qətər və Türkiyə nümayəndələri
cümə günü Florida ştatının Mayami şəhərində Qəzza atəşkəs
razılaşmasının birinci mərhələsinin həyata keçirilməsini
qiymətləndirmək və ikinci mərhələyə keçidə hazırlıq məqsədilə
danışıqlar aparıblar.
“Birinci mərhələ humanitar yardımın artırılması, girovların
cəsədlərinin qaytarılması, qüvvələrin qismən geri çəkilməsi və
hərbi əməliyyatların azaldılması da daxil olmaqla irəliləyişlə
nəticələnib”, – deyə bəyanatda bildirilib.

