Ukraynanın Sumı vilayətinin Rusiya ilə sərhəd kəndlərindən mülki əhalinin evakuasiyasına başlanılıb

Baş səhifə

Ukraynanın Sumı vilayətinin sərhəd kəndlərindən mülki əhalinin evakuasiyasına başlanılıb.

APA xəbər verir ki, bunu Sumı vilayətinin hərbi administrasiyasının rəhbəri Oleg Qriqorov bildirib.

Sumının Krasnopolsk bölgəsindən əvvəllər evakuasiyadan imtina edən sakinlər təxliyə olunub. Oleg Qriqorov deyib ki, sərhədyanı kəndlərin sakinlərinin evakuasiyası yeganə düzgün seçimdir.

Qeyd edək ki, Rusiya Ordusunun Krasnopolsk rayonunda sərhəddə yerləşən Qrabovsk kəndini nəzarətə götürməsindən sonra 20 yerli sakinin Rusiyaya aparıldığı barədə xəbərlər yayılıb. Bu sakinlərin “filtrasiya tədbirləri” üçün Rusiyaya aparıldığı qeyd olunur. Eyni zamanda, jurnalistlər rus hərbi bölmələrinin Vısokiy və Ryasnoye kəndlərinə doğru hərəkət etdiyini və Ryasnoyedə hələ də mülki əhalinin olduğunu bildiriblər. Axşam saatlarında həmin kəndlərdən də evakuasiya başlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir