
Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi tərəfindən 21 dekabr 2025-ci il tarixində
peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi
(qanunvericilik üzrə) keçirilir.
Trend xəbər verir
ki, bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti məlumat
yayıb.
İmtahan elektron formada Bakı və Naxçıvan şəhərlərində təşkil
olunub.
İmtahanın keçirilməsi üçün 4 ümumi imtahan rəhbəri, 13 zal
admini, 76 nəzarətçi və 13 buraxılış rejimi əməkdaşı (mühafizə)
cəlb edilib.
Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə
Hesabatlarının Beynəlxalq Standartları üzrə, eləcə də Maliyyə
Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS imtahanı saat
11:00-da başlayıb və 3 saat davam edib.
İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları
üzrə I və II səviyyə PMS imtahanı isə saat 16:00-da başlanacaq.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan
vaxt başa çatdıqda qapalı tipli tapşırıqların nəticələri ilə tanış
olmaq imkanına malik olurlar.
Yekun imtahan nəticələrinin yazılı cavab tələb edən
tapşırıqların yoxlanılması ilə əlaqədar 6 həftədən sonra elan
olunacağı bildirilib.

