AGF 2025-ci il üzrə milli yarış təqvimini uğurla yekunlaşdırıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Gimnastika Federasiyası 2025-ci il üzrə milli yarış
təqvimini uğurla yekunlaşdırıb.

Trend xəbər verir ki, Milli
Gimnastika Arenasının köməkçi zalında batut gimnastikası üzrə 9-cu
Bakı çempionatı, tamblinq üzrə 21-ci ölkə birinciliyi və Bakı
çempionatı keçirilib.

Yarışlarda müxtəlif gimnastika klublarını təmsil edən idmançılar
iştirak edərək öz bacarıqlarını nümayiş etdiriblər.
Batut gimnastikası üzrə yarış balacalar (2016–2018), uşaqlar
(2013–2015), yeniyetmələr (2011–2012), gənclər (2009–2010) və
böyüklər (2008 və daha böyük) yaş kateqoriyalarında keçirilib.
Gimnastlar həm fərdi, həm də sinxron proqramlar üzrə çıxış
ediblər.

Tamblinq üzrə yarışda isə gimnastlar uşaqlar (2015–2017),
yeniyetmələr (2013–2014), gənclər (2009–2012) və böyüklər (2008 və
daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparıblar. İdmançılar
il ərzində qazandıqları texniki bacarıqları və idman hazırlığını
yüksək səviyyədə təqdim ediblər.




Qeyd edək ki, bir çox gənc gimnast üçün bu yarışlar il ərzində
əldə etdikləri nailiyyətlərin, öyrəndikləri elementlərin və yarış
təcrübəsinin nümayişi baxımından xüsusi əhəmiyyət daşıyıb. Yarışlar
həm idmançıların inkişafının qiymətləndirilməsi, həm də gələcək
perspektivlərin müəyyənləşdirilməsi üçün mühüm platforma rolunu
oynayıb.

Yarışların ətraflı nəticələri ilə aşağıdakı link vasitəsilə
tanış ola bilərsiniz.

Foto: Arif Quluzadə

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir