
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp dekabrın 23-ü, Bakı vaxtı ilə saat
01:30-da Pentaqon rəhbəri Pit Heqset və Hərbi Dəniz Qüvvələri
naziri Con Felanla birlikdə mövzusu açıqlanmayan bəyanatla çıxış
edəcək.
Trend xəbər verir ki, bu
barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanan prezidentin iş
qrafikində məlumat verilib.
Sənəddə qeyd olunur ki, “Prezident hərbi nazir və HDQ naziri ilə
birlikdə bəyanatla çıxış edəcək”. Tramp çıxışını Florida ştatında, “Mar-a-Laqo” malikanəsində edəcək. KİV-in məlumatına görə, Amerika
liderinin qış tətilləri zamanı həmin malikanədə olacağı
gözlənilir.

