ABŞ eyni vaxtda 29 səfiri geri çağırır

Baş səhifə

Bakı. Trend:

Tramp administrasiyası xarici diplomatik nümayəndəliklərdə
fəaliyyət göstərən 29 səfiri geri çağırıb. Onlara göndərilən
məktublarda tutduqları vəzifələrdə xidmət müddətlərinin yanvar
ayında başa çatacağı bildirilib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Qeyd olunur ki, bütün bu diplomatlar Co Baydenin prezidentliyi
dövründə vəzifəyə başlayıblar. Geri çağırılan səfirlərin
əksəriyyəti Afrika ölkələrində fəaliyyət göstərib:

ABŞ-nin 13 Afrika ölkəsindəki diplomatik nümayəndəlik rəhbərləri
bu barədə bildiriş alıblar. Asiyada isə Vaşinqton altı ölkədəki
səfirlərini, o cümlədən Vyetnam və Filippindəki səfirləri geri
çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir