
Bakı. Trend:
Bu ilin noyabr ayının sonuna olan vəziyyətə görə Avropa
Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı layihələr
portfeli 906 milyon avro təşkil edir və ümumilikdə 34 layihəni
əhatə edir.
Trend AYİB-ə
istinadən xəbər verir ki, bankın bu layihələrdə iştirak payı 1 faiz
təşkil edir, əməliyyat aktivlərinin həcmi isə 695 milyon avro
qiymətləndirilir.
Portfelin ümumi dəyərində özəl sektorun payı 40 faizdir.
AYİB-in Azərbaycanda fəaliyyətə başladığı vaxtdan etibarən bank
ölkə iqtisadiyyatına ümumilikdə 3 milyard 678 milyon avro
investisiya qoyub. Ayrılmış vəsaitlərin ümumi həcmi isə 3 milyard
418 milyon avro təşkil edir.
Bu günədək AYİB Azərbaycanda 199 layihənin gerçəkləşməsinə
dəstək olub.

