Azərbaycan İtaliya iqtisadiyyatına investisiya qoyuluşunu iki dəfə artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın İtaliya
iqtisadiyyatına birbaşa xarici investisiyalarının həcmi 118,585
milyon ABŞ dolları təşkil edib.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60,7
milyon dollar və ya 2 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində İtaliyaya
yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 5,8% təşkil
edib.




2024-cü ilin ilk 9 ayı ərzində Azərbaycandan sözügedən ölkəyə
birbaşa xarici investisiyaların ümumi həcmi 57,855 milyon dollara
bərabər olmuşdu.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan
iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ
dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki
göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım
deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici
iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə
2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9
ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya
47,7% çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir