
Bakı. Trend:
Avropa ölkələrinin liderləri zəiflik nümayiş etdirir və
qərarların qəbulunu uzatmağa meyillidirlər.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Rumıniya Prezidenti Nikuşor Dan
yerli mətbuata müsahibəsində bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqına (Aİ) üzv dövlətlər
Ukraynanın maliyyələşdirilməsi ilə bağlı məsələnin razılaşdırılması
üçün aylarla mübahisə aparmalı olublar.
Rumıniya liderinin fikrincə, sonda qərar qəbul olunsa belə,
Avropa İttifaqı sammitlərində aparılan müzakirələr həddən artıq
uzun çəkir.
“Bəzən Avropa qərarları həddindən artıq ləng qəbul edilir”, –
deyə o vurğulayıb.

