Yeniyetmələrə nalayiq hərəkətlər etdiyi deyilir – araşdırma aparılır

Baş səhifə

Azərbaycanda sosial şəbəkələrdə diqqətçəkən kampaniya başladılıb. Belə ki, yüzlərlə sosial media istifadəçiləri  şəxsiyyəti hələ müəyyən edilməmiş şəxsin fotosunu paylaşaraq onun ictimai nəqliyyatda – metro və avtobusda yeniyetmələrə qarşı nalayiq hərəkətlər etdiyini, bununla bağlı tədbir görülməsinə çağırış edib. 

Modern.az hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov sorğumuza cavabında bildirib ki, sosial mediada paylaşılan şəxslə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir