“Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabının ingilis və rus dillərində nəşrlərinin təqdimatı keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə
layihəsi olan “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi
bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı “- adlı 2-ci cild
yeni kitabın Bakı Kitab Mərkəzində elm və təhsil ictimaiyyəti
nümayəndələri, paytaxtın ali məktəb tələbələrinin iştirakı ilə
ingilis və rus dillərində nəşrlərinin təqdimatı keçirilib.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat
Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir iştirakçılarını salamlayan Bakı Kitab
Mərkəzinin direktoru Günel Anar qızı kitabla bağlı təəssüratlarını
bölüşərək yeni kitabın əhəmiyyətindən danışıb, gənclər və tədbir
iştirakçıları adından cənab Prezidenti ad günü münasibəti ilə
ürəkdən təbrik edib.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov xüsusi
vurğulayıb ki, Şanlı Qələbənin əldə olunması və sonrakı illərdə
ölkədə həyata keçirilən böyük işlərin ölkə başçısı İlham Əliyevin
dahi intellekti, müdrik sərkərdəlik qabiliyyəti və sarsılmaz
iradəsi sayəsində mümkün olub.




A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor
Kərim Şükurov bildirib ki, 44 günlük Vətən müharibəsinə həsr edilən
və artıq 11 dilə tərcümə edilən ilk kitabın davamı olaraq çap
edilən 2-ci kitab Vətən müharibəsindən keçən dövr ərzində
Azərbaycanda baş verən çox mühüm tarixi hadisələrə həsr edilib.

Təqdimat mərasimində gənc fəal Eldar Əzizov, Vətən müharibəsi
qazisi Şəmsəddin Qurbanov, Azərbaycan Dövlət İqtisad
Universitetinin UNEC tələbəsi Davud Şeydayev və digərləri
çıxışlarında bu nəşrin müharibə həqiqətlərinin və sonrakı dövrdə
əldə edilən nailiyyətlərin xaricdəki çoxsaylı oxuculara düzgün
çatdırılmasında mühüm rol oynayacağını vurğulayıblar. Xaricdə
təhsil alan Azərbaycanlı tələbələr adından çıxış edən gənc fəal
Eldar Əzizov vurğulayıb ki, biz ölkə hüdüdlarından kənarda təhsil
alan gənclər öz Prezidentimiz, cənab İlham Əliyevin bizə dəstəyini
hər zaman hiss edir və onun dahiliyini indi daha yaxından başa
düşürük. Biz Prezidentimizlə fəxr edirik və xaricdəki təhsilimizə
yaratdığı şəraitə görə ona dərin minnətdarlığımızı bildiririk.

Hər iki nəşr müxtəlif xarici olkələrə, Possovet dövlətləri və
Şərqi Avropanın rusdilli auditoriyasına, həmçinin ilk nəşrdə olduğu
kimi dünyanın müxtəlif ali təhsil müəssisələrinə, kitabxanalara,
aparıcı informasiya vasitələrinə təqdim olunacaqdır. Bununla da
xaricdəki ingilis və rusdilli auditoriya İkinci Qarabağ
müharibəsindən sonra Azərbaycanda aparılan quruculuq işləri barədə
daha geniş məlumat alacaqlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir