
Bakı. Trend:
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki
vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər
həyata keçirilib.
Trend xəbər verir ki, bu
barədə DİN məlumat yayıb.
Bildirilir ki, paytaxt və bölgələrdə keçirilən tədbirlərlə
pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 8 nəfər müəyyən
olunaraq saxlanılıb. Onlardan müxtəlif növ yüksək səs və işıq
effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.
Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının
qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

