
Bakı. Trend:
Trend Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşları Prezident
İlham Əliyevin Fərmanı ilə təsis edilən “Azərbaycan milli
mətbuatının 150 illiyi” medalı ilə təltif olunublar.
Medalları əməkdaşlara Medianın İnkişafı Agentliyinin Müşahidə
Şurasının üzvü Sevil Mikayılova təqdim edib.
Medalların təqdimat mərasimində milli mətbuatının inkişafına
göstərdikləri daimi diqqət və qayğıya görə Prezident İlham Əliyev
və Birinci xanım Mehriban Əliyevaya təşəkkür ifadə olunub.
Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Trend
Beynəlxalq İnformasiya Agentliyinin 9 əməkdaşı, Day.az xəbər
portalının 4, Milli.az xəbər portalının 1 və Azernews qəzetinin 2
əməkdaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
müvafiq Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150
illiyi (1875–2025)” yubiley medalları ilə təltif ediliblər.
“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley
medalları ilə təltif olunan əməkdaşların siyahısını təqdim
edirik:
İlqar Hüseynov – Trend İnformasiya Agentliyin Direktoru
Cəmilə Ocaqova – Trend İnformasiya Agentliyinin direktor
müavini
Sahil Kərimli – Trend İnformasiya Agentliyinin direktor
müavini
Elçin Ağacanov – Trend İnformasiya Agentliyinin direktor
müavini
Rufiz Rəhimov – Tend İnformasiya Agentliyinin direktor
müavini
Emin Əliyev – Trend İnformasiya Agentliyinin Baş redaktoru
Leyla Abdullayeva – Trend İnformasiya Agentliyinin Monitorinq
üzrə direktoru
Ləman Zeynalova – Trend İnformasiya Agentliyin Baş redaktor
müavini
Vüqar İmanov – Trend İnformasiya Agentliyinin Mədəniyyət
şöbəsinin müdiri
Maryana Əhmədova – Day.az xəbər portalının Baş redaktoru
İbrahim Əliyev – Day.az xəbər portalının baş redaktor
müavini
Leyla Tarıverdiyeva – Day.az xəbər portalının redaktoru
Aytəmiz Məmmədova – Day.az xəbər portalının redaktoru
Asif Dəmirov – Milli.az xəbər portalının baş redaktoru
Elnur Ənvəroğlu – Azernews qəzetinin baş redaktor müavini
Qabil Aşirov Ayaz – Azernews qəzetinin siyasi, iqtisadi analitik
yazarı
Qeyd edək ki, bu ilin fevralın 20-də Prezident İlham Əliyev
“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan
Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar
“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi
haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu
təsdiqləyib.
Sənədə əsasən, “Azərbaycan milli mətbuatının 150 illiyi
(1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı” təsis
edilib.

