Azərbaycan Ermənistana 22 vaqon benzin göndərib

Baş səhifə
Videonun alt yazısı, Azərbaycan Ermənistana 22 vaqon benzin göndərib

Azərbaycan Ermənistana 22 vaqon benzin göndərib

SOCAR-ın istehsal etdiyi Aİ 95 markalı benzindən ibarət 22 vaqonluq yük Ermənistana çatıb.

Bu, Azərbaycanın öz ərazisindən Ermənistana yük daşınmasına qoyulan məhdudiyyətlərin aradan qaldırması sayəsində mümkün olub.

Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyanın verdiyi məlumata görə ümumi həcmi təxminən 1300 ton yük qatarı Gürcüstan-Ermənistan sərhədini keçib.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan ilk yanacaq tədarükünü alqışlayıb.

“Sırf bu alış-verişin özəl şirkətlər arasında” baş verdiyini və bunun üçün Ermənistanla “Azərbaycan arasında sülh sayəsində siyasi şərait” yarandığını bildirib.

Paşinyan: “Bilirəm ki, Gürcüstan dəmir yolu tarifləri ilə bağlı müəyyən problemlər var. Ümid edirəm ki, bu problemlər tənzimlənər, əgər tənzimlənməzsə, bu alış-verişdə iştirak edən iş adamları, əlaqələri davam etdirmək istəyərlərsə, idxalat-ixracatın təmin edilməsi üçün alternativ üsullar taparlar” deyib.

Gürcüstan hökuməti Azərbaycandan Ermənistana neft məhsullarının ilk tranziti üçün rüsum alınmayacağını bildirib.

Azərbaycan neft məhsullarının Ermənistana göndərilməsi barədə razılaşma noyabrın 28-də Qəbələdə Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryan görüşündə əldə edilib, Azərbaycan informasiya agentlikləri bildirir.

Bundan əvvəl Rusiya və Qazaxıstan buğdası qatarlarla Azərbaycan vasitəsilə Ermənistana çatdırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir